YAP nümayəndə heyətinin Rumıniyaya səfəri bazlayıb

img

17-02-2011 [12:34]


Fevralın 16-da Yeni Azərbaycan Partiyası Sədrinin müavini ? icra katibi Əli Əhmədovun rəhbərliyi ilə İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və Milli Məclisin üzvü Asəf Hacıyevdən ibarət YAP nümayəndə heyətinin Rumıniyaya səfəri başlayıb. İki ölkənin hakim partiyaları arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə Rumıniyanın Demokrat Liberal Partiyasının (PDL) dəvətinə əsasən həyata keçirilən bu səfər çərçivəsində YAP və PDL arasında ?Əməkdaşlıq haqqında Anlaşma Memorandumu?nun imzalanması nəzərdə tutulmuşdur. Səfər proqramına fevralın 16-da Buxarestdəki Tey Parkındakı Heydər Əliyev xiyabanında ümummilli liderin büstü qarşısına əklil qoyulması ilə başlayan nümayəndə heyəti həmin gün Rumıniyanın Baş naziri, PDL-in sədri Emil Bok tərəfindən qəbul olunmuşdur. Görüşdə iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq hissi ifadə olunmuş, partiyalar arasında əlaqələrin ikitərəfli münasibətlərə yeni təkan verəcəyi vurğulanmışdır. Söhbət zamanı strateji tərəfdaşlıq səviyyəsinə çatmış Azərbaycan-Rumıniya əlaqələrinin yüksələn xətt üzrə inkişafı qeyd olunmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyaya, Rumıniya Prezidenti T.Baseskunun Azərbaycana səfərlərinin nəticəsində iki ölkə arasında münasibətlərin daha da genişlənməsi üçün etibarlı zəmin yarandığı nəzərə çatdırılmışdır. Emil Bok bildirmişdir ki, onun ölkəsi Azərbaycanla bütün sahələrdə əməkdaşlğın tərəfdarı olmaqla yanaşı, Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə dair ədalətli mövqeyini həmişə müdafiə etmiş və edəcəkdir. YAP sədrinin müavini ? icra katibi Ə.Əhmədov ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd etmiş, PDL nümayəndə heyətini Azərbaycana səfərə dəvət etmişdir. Baş nazir dəvəti qəbul edərək yaxın gələcəkdə PDL nümayəndə heyətinin ölkəmizi ziyarət edəcəyini bildirmişdir. Həmin gün Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Buxarest şəhəri 2-ci sektorunun meri Nekulay Ontsanu və Rumıniya ziyalılarının nüayəndələri ilə görüşmüşdür. Görüşdə Rumıniya Akademiyasının vitse-prezidenti Marius Sala, Rumıniyanın Tərəqqisi Naminə partiyasının fəxri sədri, keçmiş ədliyyə və xarici işlər naziri Kristian Diakonesku, Buxarest Yazıçılar Birliyinin sədri Horia Qırbya və digər şəxslər iştirak etmişlər. Görüşdə Buxarest şəhəri 2-ci sektoru və Bakı şəhəri Səbail rayonu arasında yüksək dinamikaya sahib olan ikitərəfli münasibətlərdən bəhs olunmuş, ümummilli lider Heydər Əliyevin abidəsinin məhz bu sektorun ərazisində yerləşməsi faktı xüsusilə qeyd edilmişdir. Həmçinin, bildirilmişdir ki, xalqlarımız arasında əlaqələrin durmadan inkişaf etməsi bütövlükdə sülh, sabitlik, iqtisadi rifaha xidmət edir. Mer N.Ontsanu Heydər Əliyev Fondu Rumıniya nümayəndəliyinin də bu sektorun ərazisində fəaliyyət göstərdiyini vurğulayaraq, həmin təşkilatın həyata keçirdiyi geniş humanitar və xeyriyyə işlərindən bəhs etmiş, Azərbaycana səfəri zamanı müşahidə etdiyi böyük quruculuq işlərinin və inkişafın onda dərin təəssürat buraxdığını əlavə etmişdir. YAP Sədrinin müavini ? İcra katibi Ə.Əhmədov söylənilən fikirlərə görə minnətdarlığını bildirmiş, görüşdə iştirak edən və Azərbaycana rəğbəti ilə seçilən rumın ziyalılarını ölkəmizə səfərə dəvət etmişdir. Gunun ikinci yarısında YAP nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün Buxarestdə yerləşən abidəsini ziyarət etmiş, büstün qarşısına çiçəklər qoymuşlar. Türkiyənin Rumıniyadakı səfirliyinin hərbi attaşesi, polkovnik M.Tural mərasimdə iştirak etmişdir. Polkovnik M.Tural qeyd etmişdir ki, Buxarestdəki büst Türkiyə liderinin xaricdə qoyulan ilk abidəsidir və Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyətlərinin Atatürkün, Türkiyə heyətlərinin isə ümummilli lider Heydər Əliyevin abidələrini ziyarət etməsi ənənə halını almışdır. Görüşlərdə Azərbaycan Respublikasının Rumıniyadakı səfiri E.Həsənov iştirak etmişdir. YAP nümayəndə heyətinin Rumıniyaya səfəri davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA