?Eurovision 2011? təmsilçilərimizin müsabiqə hazırlıqlarına start verildi

img

16-02-2011 [04:12]


?Eurovision 2011? mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Eldar Qasımov və Nigar Camal duetinin rəsmi veb-saytı istifadəyə verilib. Məlumata görə, duet ilə bağlı ən son məlumatları məhz bu saytdan əldə etmək mümkündür. İnternet səhifəsində təmsilçilərimizin fotosessiyaları, seçim turlarında və milli final konsertindəki maraqlı çıxışları, səsyazma studiyalarında mahnı yazılışlarından foto və videolar yerləşdirilib. Eurovisiontalents.com ünvanında yerləşən saytda o da qeyd olunub ki, Eldar və Nigar dueti ?Eurovision 2011? mahnı müsabiqəsinin ilk yarımfinalında çıxış edəcək. Yarımfinal mərhələsi may ayının 10-da ?Fortuna Düsseldorf Arena?da keçiriləcək. Məlumata görə, təmsilçilərimizin ifa edəcəyi mahnının adı martın 1-də məlum olacaq. Milli.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA