?Mədəniyyət haqqında? qanuna əlavə və dəyizikliklər müzakirə ediləcək

img

15-02-2011 [06:17]


Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin iclası keçirilib. İclasa komitənin üzvləri ilə yanaşı, Milli Məclis Aparatının müvafiq şöbələrinin əməkdaşları və Mədəniyyət və Turizm Nazirliyinin rəsmi şəxsləri də qatılıb. Əvvəlcə komitə üzvlərinə 2010-cu il payız sessiyası ərzində Mədəniyyət Komitəsində görülən işlərlə bağlı hesabat verilib. Komitənin sədri Nizami Cəfərov yaz sessiyasının qanunvericilik işləri planı barədə danışaraq bildirib ki, bu sessiya müddətində bir sıra qanun layihələrinin, xüsusilə də ?Mədəniyyət haqqında? qanuna əlavə və dəyişikliklərin müzakirəsi gözlənilir. Bununla bərabər, gündəliyə salınmasa da, komitə əvvəllər oxunuşdan keçmiş ?Yaradıcı şəxslər və yaradıcı təşkilatlar haqqında? qanun layihəsi üzərində də müzakirələr aparmağı planlaşdırır. N. Cəfərov ciddi əlavə və dəyişikliklərə məruz qalaraq yenidən işlənilən ?Mədəniyyət haqqında? qanunun Mədəniyyət Məcəlləsinə çevrilməsini təklif edib. Deputat Rəfael Hüseynov isə təklif edib ki, UNESCO tərəfindən maddi və qeyri-maddi irs siyahısına salınmış Azərbaycanın hər bir mədəniyyət abidəsi haqqında ayrıca qanun qəbul olunsun. Deputat bu sıraya Qobustan, İçərişəhər, Novruz bayramı, muğam və aşıq-ozan sənətini daxil edib. Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov bildirib ki, ?Mədəniyyət haqqında? qanunun hazırda qüvvədə olan bir sıra müddəaları yeni versiyaya daxil edilməyib və bir sıra yeni müddəalar əlavə olunub. Əlavə və dəyişikliklər nəzərə alınmaqla qanun layihəsinin yeni versiyasının hazırlanması üçün nazirlikdə işçi qrup yaradılıb. Sonda Mədəniyyət Komitəsinin 2011-ci il yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı təsdiqlənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA