?Zərif imzalar? ensiklopedik məlumat toplusu hazırlanıb

img

15-02-2011 [05:43]


Fevralın 15-də Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJQA) və ?Azercell Telekom? MMC-nin birgə layihəsi çərçivəsində çapdan çıxmış ?Zərif imzalar? kitabının təqdimatı keçirilib. ?Zərif imzalar? ensiklopedik məlumat toplusu milli mətbuat tariximizdə Azərbaycan dilində hazırlanmış ilk nəşrdir. Burada son yüzillikdə tanınmış qadın naşirlər, baş redaktorlar haqqında yığcam məlumatlar və xanımların əksəriyyətinin portretləri verilib. Kitabın tərtibçisi, AJQA-nın sədri Sevil Yusifova bildirib ki, ensiklopedik məlumat toplusunda 141 qadın jurnalistin fəaliyyətindən bəhs edən yazılar toplanıb. Sevil Yusifova deyib ki, məqsəd Azərbaycanda söz və mətbuat azadlığının, demokratiyanın inkişafında, Vətənimizin azadlığı və suverenliyi uğrunda mübarizədə fərqlənmiş ziyalı xanımları tanıtmaqdır. Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel demişdir ki, məlumat toplusu cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edən qadın jurnalistlərin əməyinə verilən yüksək qiymətdir. Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Musa Qasımlı, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, ?Nur? Uşaq və Gənclər İctimai Birliyinin sədri Sevinc Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və başqaları çıxış edərək, jurnalist qadınlara həsr edilmiş bu kitabın milli mətbuatımızın ağır yükünü zərif çiyinlərində daşıyan ayrı-ayrı tanınmış simaların fəaliyyətləri və peşə sahəsində əldə etdikləri uğurlarla tanış olmaq imkanı yaratdığını vurğulayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA