Deputat partiya sədrinə ?Sənin bazının ?razmeri? belə düzünməyə imkan vermir? dedi

img

15-02-2011 [05:30]


Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının təşəbbüsü ilə ?İtirlimiş torpaqların haray səsi? tədbirlər silsiləsindən ?Türkmənçay müqaviləsi 183? adlı konfrans keçirilib. Konfransda fikirləri üst-üstə düşməyən Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan və millət vəkili Fəzail İbrahimli mübahisə ediblər. qafqazinfo-nun məlumatına görə, mübahisəyə səbəb Fəzail İbrahimlinin ?Qacarların türk olmasının əhəmiyyəti yoxdur, fakt Azərbaycan onların hakimiyyəti dövründə bölünüb. Bu məsləyə türk təəssübkeşliyi nöqteyi-nəzərindən yanaşmaq olmaz? fikri olub. Bu fikirlə razılaşmayan Əvəz Temirxan ?mən sizin kimi düşünmürəm. O dövlət türk dövləti olub, onlar hakimiyyətə xalqı xilas etmək üçün gəlmişdilər? deyib. F. İbrahimli isə ona ?sənin başının ?razmeri? belə düşünməyə imkan vermir? cavabı verərək onunla həmfikir olmadığını və qacarların xalqın xilası üçün çalışmadığını vurğulayıb. Mübahisənin davamında isə Əvəz Temirxan millət vəkilinə ?mən sənin kimi saxta mandatla Milli Məclisdə oturmamışam? deyə etiraz edib. Bu zaman isə F. İbrahimli partiya sədrinin çıxışının sonunu dinləməyərək konfransı tərk edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA