"Azərbaycan cəmiyyəti həmsədrlərdən fəallıq, obyektivlik və nəticə gözləyir"

img

15-02-2011 [02:15]


?Həmsədrlərin bölgəyə növbəti səfərlərindən sonra verdikləri bəyanat təəssüf ki, quru informasiyadan başqa bir şey deyil?. Bu fikirləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. A.Mirzəzadə bildirib ki, bəyanatda ancaq və ancaq bundan sonra da danışıqların davam etdirilməsi və tərəflərə sülhə getmək məsləhət görülür. Onun sözlərinə görə, belə bəyanatlar cəmiyyətimizi qane etmir. Çünki Azərbaycan həmsədrlərdən daha obyektiv, fəal olmağı və öz təsir imkanlarından istifadə edib münaqişənin tezliklə həllinə yardımçı olmağını istəyir. Həmsədr dövlətlərin üçünün də Ermənistana müxtəlif yardımlar etdiyini xatırladan A.Mirzəzadə bu sırada maliyyə və hərbi yardımların da üstünlük təşkil etdiyini vurğulayıb. ?Əgər bu yardımlar kəsilərsə və dünyaya çağırışlar edilərsə, Ermənistanın torpaqlarımızı işğaldan azad etməsinə heç bir problem qalmaz. Azərbaycan cəmiyyəti həmsədrlərdən fəallıq, obyektivlik və nəticə gözləyir?- deyə komitə sədrinin müavini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA