Bəxtiyar Vahabzadənin anma mərasimi keçirilib

img

12-02-2011 [03:52]


Xalq şairi Bəxtiyar Vahabzadənin fevralın 13-də vəfatının növbəti il dönümüdür. Beynəlxalq Diaspor Mərkəzi (BDM) Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyi ilə birgə bugün BDM-in ofisində milli şairi anma tədbiri keçirib. Tədbiri giriş sözü ilə açan BDM-in sədri İsmayıl Ağayev şairin Azərbaycanın milli azadlıq hərəkatındakı xidmətlərindən danışaraq ölkəmizin istiqlaliyyət əldə etməsində, imperiyaya qarşı mübarizədə, millətimizin azadlıq səsinin dünyaya çatdırılmasında xalq şairi Bəxtiyar Vahabzadənin böyük rol oynadığını bildirib. Daha sonra Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı Bəxtiyar Vahabzadənin Türk dünyasında olan hörmətindən danışaraq dünyada türklərin birliyi, həmrəyliyi istiqamətində göstərdiyi xüsusi xidmətləri qeyd edib. Şəmistan Əlizamanlı xalq şairi Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrindən birini tədbir iştirakçılarına çatdırdı. O, 1998-ci ildə Avropaya səfəri zamanı oradakı Türk Fedarasiyonu təmsilçilərinin Bəxtiyar Vahabzadəyə etdikləri bir xahişi dilə gətirdi. Onların istəyi türk millətinin böyük oğlu, mərhum Alparslan Türkeş haqqında şairin şer yazması olmuşdur. Şəmistan bəy bu xahişi Bəxtiyar Vahabzadəyə çatdırdığını və qısa müddətdə yazılan şerə musiqi bəsdələdiyini bildirib. Daha sonra tədbirdə iştirak edən akademik Vəli Əliyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, filoloq Əziz Ələkbərli, Əfqan Veteranlarının Birliyinin sədri Musa müəllim, BDM aparat rəhbəri Samir Adıgözəlli və digərləri öz çıxışlarında millətimizin dəyərli oğlu Bəxtiyar Vahabzadənin ana dilimiz uğrunda apardığı mübarizədən, 1959-cu ildə yazdığı Gülüstan poeması ilə parçalanmış Azərbaycanın bütövlüyü uğrunda gənc nəslin yetişdirilməsi, milli vətənpərlik ruhunda göstərdiyi xidmətləri qeyd etdilər. Sonda xalq şairinin səs yazıları dinlənilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA