YAP ATƏT-in faktarazdırıcı missiyasından obyektiv hesabat gözləyir

img

12-02-2011 [03:02]


?Azərbaycan ATƏT-in faktaraşdırıcı missiyasından obyektiv hesabat gözləyir. Ermənistanın işğal olunmuş ərazilərimizdə beynəlxalq hüquqa zidd əməlləri missiyanın vasitəsilə bir daha dünya ictimaiyyətinə təqdim oluna bilər?. Bu fikirləri YAP-ın rəsmi saytına hakim partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, ATƏT-in Minsk qrupu Ermənistan ? Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini öz üzərinə götürən təşkilatdır. Onun sözlərinə görə, həmsədrlər bu məqsədlə vaxtaşırı bölgəyə səfər etsə də hələ də konkret nəticələr əldə olunmayıb. ?Faktaraşdırıcı missiya ikinci dəfədir ki, bölgədə araşdırmalar aparıb. Missiya bölgədəki vəziyyəti təhlil edərək hesabat hazırlayır. Bu hesabatlar zəruridir. Çünki işğal olunmuş ərzalərimizdə Ermənistan qanunsuz məskunlaşma həyata keçirir, maddi-mənəvi abidələrimizi dağıdır, ekoloji fəlakət törədən hərəkətlərə yol verir, eləcə də, qeyri-qanuni tikinti işləri həyata keçirir. Həmçinin, Ermənistan işğal olunmuş ərazilərdə narkotiklər becərir. Bütün bunlar isə beynəlxalq hüquqa ziddir? deyə YAP İcra katibinin müavini vurğulayıb. M.Qurbanlı bildirib ki, Azərbaycan və dünya ictimaiyyəti ermənilərin bu ərazilərdə nələr törətdiyini bilməlidir. Onun sözlərinə görə, missiyanın həmsədrlərin bölgəyə səfəri çərçivəsində açıqlanması yaxşı olardı. Amma təəssüf ki, bu baş vermədi. ?Faktaraşdırıcı missiya öz hesabatını açıqlamalıdır və hesabat obyektiv olmalıdır. Əks halda, beynəlxalq təşkilatların obyektivliyinə heç bir inam qalmayacaq?-deyə o, vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA