AiDP sədri: ?Müxalifət hakimiyyət dəyizikliyinə hazır deyil?

img

11-02-2011 [01:36]


?Azərbaycan müxalifəti hakimiyyət dəyişikliyinə və onu idarə etməyə hazır deyil?. Bu fikri son günlər ərəb ölkələrində baş verən proseslərin Azərbaycanda reallaşmasına dair sualı cavablandırarkən Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı deyib. T.Abbaslı bildirib ki, bunun üçün xüsusi analizə, araşdırmaya ehtiyac yoxdur. Hər şey göz qabağındadır: ?Təcrübə göstərir ki, hakimiyyət dəyişikliyinə nail olmaq üçün birgə fəaliyyət, şəxsi maraqların arxa plana keçirilməsi tələb olunur. Azərbaycan müxalifətində isə bu yoxdur. Əksinə bizdə parçalanmalar, şəxsi maraqlar daha qabarıqdır. Baxın AXCP-Müsavat birliyini önə çəkənlər bunu xalqın sifarişi adlandırırdılar. Amma indi çox asanlıqla bundan imtina edirlər. Belə çıxır ki, xalq sifarişini geri çəkib. Tam məntiqsizlikdir. Özünüz fikirləşin belə olan halda xalqı hakimiyyət dəyişikliyinə cəlb etmək olarmı? Əlbəttə yox. İctimai palata yaradırlar. Bəyan edirlər ki, gəlin burada birləşək, amma ayrıseçkilik salırlar. Bəlli olur ki, məqsəd birlik deyil qrant almaqdır. Digər tərəfdən başqalarına ağıl öyrətmək üçün sino gedən İsa Qəmbərin partiyasının nüfuzlu üzvləri təşkilatı tərk etdilər. İndi qarşılıqlı söz atışmasındadırlar?. T.Abbaslı hesab edir ki, bu vəziyyətdə müxalifətin xalqı arxasınca aparmaq gücü yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA