AXCP üzvünün həbsinə Avropa azərbaycanlılarından etiraz

img

10-02-2011 [05:50]


?Ölkədən kənarda yaşayan azərbaycanlılar hazırkı rejimin Azərbaycanın dünyadakı imicinə vurduğu zərbəni daha yaxından hiss edir və utanc hissi keçirirlər?. Avropalı Azərbaycanlılar Demokratiya Uğrunda Təşkilatının (EUROAD) AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanın həbsi ilə bağlı yaydığı bəyanatda belə deyilir. Bəyanatda bildirilir ki, ?qloballaşan dünyada demokratik cərəyanlar sürətlə yayıldığı vaxtda bu cərəyanların önünə sədd quran, öz xalqına düşüncə həbsi yaşadan rejimlərin olması olduqca təəssüfləndirici bir haldır?. Gənc fəal Cabbar Savalanın bütün əxlaq normalarından uzaq bir şəkildə, saxta ittihamla həbs olunmasını qəbuledilməz sayan təşkilat onun dərhal azadlığa buraxılmasını tələb edir. AXCP Gənclər Komitəsinin üzvü, Sumqayıt Dövlət Universitetinin 2-ci kurs tələbəsi Cabbar Savalanı fevralın 5-də Sumqayıt polisi saxlayıb. Polis onun üstündən 0.74 qaram narkotik maddə tapıldığı barədə məlumat yayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA