BAXCP Mikayıl Rəhimovu MSK-ya göndərir

img

10-02-2011 [02:53]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Mərkəzi Seçki Komissiyasında partiya təmsilçiliyinin Mikayıl Rəhimova verilməsi ilə bağlı qərar qəbul edib. BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı MİA-ya açıqlamasında bildirib ki, bununla bağlı təqdimat artıq Milli Məclisə göndərilib. Onun sözlərinə görə, Mikayıl Rəhimovun sənədləri artıq parlamentdədir: "Hesab edirəm ki, parlamnetdə yeganə Xalq Cəbhəsi Partiyası kimi biz təmsil olunduğumuz üçün bizim nümayəndə MSK-da təmsil olunacaq". Qeyd edək ki, BAXCP-ni bundan əvvəl də MSK-da M.Rəhimov təmsil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA