Əli Əhmədov: "iran bəzi KiV-də Azərbaycanın daxili izlərinə qarızmaq cəhdləri aydın zəkildə hiss olunur"

img

10-02-2011 [02:41]


?Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, son dövrlər İran tərəfindən Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri olub?. Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Əhmədov bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət ilk növbədə Azərbaycan xalqının maraqlarına xidmət edir: ?Hansısa dövlətin Azərbaycanın həyata keçirdiyi siyasətə qarışmaq istəməsi, əslində Azərbaycanın daxili işlərinə kimi qiymətləndirilə bilər?. Əhmədov qeyd edib ki, Azərbaycan heç zaman hər hansı bir ölkənin, o cümlədən qonşu İranın daxili işlərinə qarışmaq niyyətində olmayıb və gələcəkdə də Azərbaycandan belə addımların atılması gözlənilə bilməz. Sədr müavini bildirib: ?Təəssüf hissi ilə qeyd edirəm ki, qonşu olmasına baxmayaraq, İran bir sıra hallarda bir sıra kütləvi informasiya vasitələrində (KİV) Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri aydın şəkildə hiss olunur?. Əhmədov onu da qeyd edib ki, istər Azərbaycanda, istərsə də xaricdə yaşayan azərbaycanlılar buna həssaslıqla yanaşaraq öz münasibətlərini bildiriblər: ?Bir sıra yerlərdə, o cümlədən Bakıda İranın Azərbaycandakı səfirliyi qarşısında aksiyalar keçiriblər. Mən bu aksiyaları tamamilə normal sayıram. Bu, vətəndaşların İranın bəzi KİV-də Azərbaycana qarşı xoşagəlməyən hərəkətlərə münasibət bildirməsidir?. Ə. Əhmədov vurğulayıb ki, bu aksiyalar Azərbaycan vətəndaşlarının İranın müvafiq dairələrinə etiraz mesajları kimi qəbul olunmalıdır. Sədr müavini İranın Azərbaycanla bir sıra amillərlə bir-birinə bağlı olduğunu söyləyib: ?İranda çoxlu sayda etnik azərbaycanlılar yaşayır. Bütün bunlar münasibətlərimizin mahiyyətini müəyyənləşdirir. Azərbaycana qarşı İran tərəfindən hər hansı hörmətsizlik həm Azərbaycan dövlətinə, həm də İranda yaşayan çoxsaylı azərbaycanlılara qarşıdır?. Əhmədov qeyd edib ki, əgər İran KİV-i öz vətəndaşları olan azərbaycanlılara hörmətlə yanaşsaydı, Azərbaycan dövlətinə belə münasibət ifadə etməzdi: ?İranda çoxlu sayda azərbaycanlının yaşaması İran-Azərbaycan münasibətlərində xüsusi məqam kimi qeyd edilməlidir. Mən bununla bağlı misal da çəkə bilərəm. Ola bilər ki, bu misalı bəziləri düzgün qəbul etməyə bilər. Ancaq reallıq budur ki, Fransanın Ermənistana həmişə olan xoş münasibətinin formalaşmasında Fransa hökumətinin və müvafiq qurumlarının orada yaşayan erməni vətəndaşlarına hörməti öz rolunu oynayıb. Heç olmasa, bundan nümunə götürməklə İran hakimiyyət dairələri, müvafiq qurumları, KİV öz vətəndaşları olan azərbaycanlılara hörmət nümunəsi kimi Azərbaycan dövlətinə hörmətsizlik etməsinlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA