AMiP bahalazmanın qarzısının alınması üçün hökumətdən təxirəsalınmaz tədbirlərin görülməsini tələb edib

img

09-02-2011 [05:56]


AMİP Siyasi Şurasının iclası keçirilib. MİA-nın xəbərinə görə, iclasda dünyada və regionda baş verən hadisələr bahalaşma, dövlət orqanları tərəfindən korrupsiya və rüşvətxorluqla mübarizə adı altında aparılan kampaniya xarakterli tədbirlər müzakirə olunub. Geniş və hərtərəfli müzakirələrdən sonra Siyasi Şura İranın Azərbaycanın daxili işlərinə müdaxiləsini beynəlxalq hüquq normalarına zidd hesab etməklə yanaşı, Rəsmi Tehranın Ermənistanla sıx əməkdaşlığını işğalçıya dəstək kimi qiymətləndirib. Bu isə regionda sülhün və təhlükəsizliyin qorunmasına ciddi təhditdir. Siyasi Şura eyni zamanda Qars bələdiyyəsinin ?Erməni-Türk dostluğu? abidəsinin sökülməsi haqqında qərarını təqdir edib. Beynəlxalq aləmdə, xüsusən də, ərəb dünyasında demokratikləşmə prosesinin geniş vüsət almasını müsbət dəyərləndirən AMİP Siyasi Şurası bu proseslərin Azərbaycana da pozitiv təsir göstərəcəyi qənaətindədir. Ölkədəki bahalaşmanın tuğyan etməsindən narahat olan Siyasi Şura baş verə biləcək sosial partlayışın qarşısının alınması üçün hökumətdən təxirəsalınmaz tədbirlərin görülməsini tələb etdi. Korrupsiya və rüşvətxorluqla mübarizə kampaniyasının imitasiya xarakteri daşımayacağına ümid edən AMİP Siyasi Şurası bu problemlə mübarizədə effektiv nəticənin əldə olunması üçün vətəndaş fəallığını vacib sayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA