Əli Həsənov: "Beynəlxalq təzkilatların siyasəti Azərbaycanı tam qane etmir"

img

09-02-2011 [02:57]


?Son zamanlar beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü siyasət Azərbaycanı tam qane etmir?. Bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. ?Beynəlxalq hüquq normaları aydın şəkildə pozulduğu halda Ermənistana qarşı beynəlxalq təşkilatlar tərəfindən açıq-aşkar təzyiq müşahidə olunmur?. Ə.Həsənov deyir ki, beynəlxalq təşkilatlar sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər, amma onlar ortaya iradə qoymurlar. ?Azərbaycanda 20 ildən artıqdır ki, 1 milyondan çox qaçqın və köçkün problemləri yaşanır və bu problemin həllində beynəlxalq təşkilatların səyləri yetərli deyil. İnsan hüquqları müxtəlif şəkildə pozulub və bu, aradan qaldırılmalıdır?, - deyə Prezident Administrasiyasının rəsmisi bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA