Gənc Tamazaçılar Teatrının saytı hazırlanır

img

08-02-2011 [03:41]


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni rəsmi saytı yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yüksək peşəkarlıqla hazırlanan saytda teatrın yaranma tarixi, teatr sənətinin görkəmli korifeyləri, inzibati və yaradıcı kollektivləri, bədii heyəti haqqında geniş məlumat yerləşdirilib. Saytda həmçinin, video və fotoalbom, teatrın aktyor kollektivinin uğurla iştirak etdiyi qastrol səfərləri və beynəlxalq festivallar haqqında ətraflı məlumatlar öz əksini tapacaq. Yeni saytda forum və vebsayt da daxil olmaqla teatrın fəaliyyəti ilə bağlı bütün yeniliklər, kütləvi informasiya vasitələrində dərc olunan məqalələr, teatrın aylıq və cari repertuarı, repertuarda olan tamaşalar haqqında qısa annotasiyalar, yaxın üç ay ərzində göstəriləcək tamaşalar haqqında informasiyalar yer alacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA