ümid Partiyasının DiN-dən və Baz Prokurorluqdan tələbi var

img

07-02-2011 [03:30]


Ümid Partiyasının Gənclər Təşkilatının sədri Xanlar Abbasov AXCP GT üzvü Cabbar Savalanlının həbsinə münasibət bildirib. ?Ümid Partiyasının Gənclər Təşkilatı AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının fevral ayının 5-də siyasi baxışlarına görə həbs olunmasını pisləyirik? deyən X.Abbasov Azərbaycanda müxalif düşərgədə təmsil olnan və azadfikirli gənclərə qarşı hakim qüvvələrin bu cür yanaşmasını yolverilməz adlandırıb. ?Biz Azərbaycan gəncliyi olaraq bu cür halların qarşısının alınması üçün əlimizdən gələni etməli və birgə mübarizə aparmalıyıq. Ümid Partiyası Gənclər Təşkilatı olaraq Cabbar Savalanlının hüquqlarının müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Mən öz adımdan və Ümid Partiyasının GT adından bütün Azərbaycan gəncliyini bu tipli məsələlərdə fəal və mübariz olmağa çağırıram. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan bu cür halların qarşısının alınmasını və həmin gəncin azadlığa buraxılmasını tələb edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA