AXCP fəalının hüquqlarının müdafiə komitəsi yaradılıb

img

07-02-2011 [03:03]


Qeyri-qanuni narkotik maddə saxlama ittihamı ilə həbs edilən AXCP fəalı Cabbar Savalanın hüquqlarının müdafiə komitəsi yaradılıb. Müdafiə komitəsinə sədrlik edən AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı AzadlıqRadiosuna bildirib ki, komitə bir sıra tədbirlər, o cümlədən aksiyalar keçirməyi planlaşdırır. Cabbar Savalan fevralın 5-də Sumqayıtda saxlanılıb, polis deyir ki, onun üstündən 0.7 qram narkotik maddə tapılıb. Barəsində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Bu maddəyə görə üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Yaxınları isə bu ittihamı saxta sayır və bildirirlər ki, Cabbar Savalanın saxlanması onun siyasi fəallığı ilə bağlıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA