BAXCP sədri Osman Kazımovun müdafiəsinə qalxdı

img

05-02-2011 [01:54]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin dövlət quruculuğu və hüquq siyasəti komitəsinin üzvü, millət vəkili Qüdrət Həsənquliyev tanınmış vəkil Osman Kazımovun Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılmasına kəskin etirazını bildirib. BAXCP-nin mətbuat xidmətinə açıqlamasında bu qərarın təmamilə ədalətsiz olduğunu və heç bir hüquqi, mənəvi ölçülərə sığmadığını deyib: ?Mən Osman Kazımovun vəkil kimi xidmətindən istifadə etmişəm. Onu vicdanlı, müdafiə etdiyi şəxsin maraqlarını satmayan və savadlı bir hüquqşünas kimi tanıyıram. Onun vəkillər kollegiyasının üzvlüyündən çıxarılması vəkillik və ədalət mühakiməsi adına böyük utancdır. Osman Kazımaovun hüquqları dərhal bərpa olunmalı və ölkəni gözdən salan bu biabırçılığa son qoyulmalıdır?. Qüdrət Həsənquliyev açıqlamasında ədalətin bərqərar olması üçün əlindən gələni əsirgəməyəcəyini və bu məsələni Milli Məclisdə də qaldıracağını söylədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA