Əyyub Quliyevin Akademik Opera və Balet Teatrında dirijor kimi debut cıxızı olub

img

04-02-2011 [12:48]


Gənc dirijor, beynəlxalq musabiqələr laureatı Əyyub Quliyevin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dirijor kimi debut cıxışı olub. Həmin gecə Əyyub Quliyevlə bərabər opera teatrının solistləri, xor və orkestr dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun ?Sevil? operasını ifa edib. Dövlət Gənclər gününə təsaduf edən tamaşa eyni zamanda əsl musiqi bayramina cevrilib. Həmin gün baş rolları xalq artisti Azər Zeynalov, əməkdar artistlər Zemfira Ismayılova, Inarə Babayeva, Əkrəm Poladov ifa ediblər. Tamaşanın musiqi rəhbəri ? Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli, rejissoru isə əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Böyük maraqla qarşılanan tamaşanın sonunda zalda əyləşən musiqi ictimaiyyəti və dinləyicilər ifacıları dəfələrlə səhnəyə çağırıb. Qonaqların sırasında olan tanınmış musiqiçilər və sənət xadimləri Opera teatrının orkestri və solistlərinin yüksək professional ifasını xüsusi olaraq qeyd ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA