?Bank of Baku? 30 000-ci kiçik biznes kreditini rəsmiləzdirib

img

02-02-2011 [04:58]


Ötən həftə ?Bank of Baku? 30 000-ci kiçik biznes kreditini rəsmiləşdirib. Bankın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, 30 000-ci kiçik biznes krediti ?Bank of Baku?nun ?Əhmədli? filialına müraciət edən 24 yaşlı Ələkbər Əiyevə verilib. Müsbət kredit tarixçəsinə malik olan Ə.Əliyevə 2000 ABŞ dolları məbləğində 12 ay müddətinə komissiya ödənilmədən simvolik olaraq - illik 1% dərəcəsi ilə kredit ayrılıb. Bundan əlavə, faydalı kreditlə bərabər bankın 30 000-ci kiçik biznes krediti qalib-müştərisinə təntənəli şəkildə hədiyyə paketi təqdim olunub. Hazırda ?Bank of Baku?da sadələşdirilmiş şərtlərlə təklif edilən kiçik biznes kreditlərinin həcmi illik 25%-dən başlayan faizlərlə 300 ? 30 000 ABŞ dolları (və ya manat ekvivalenti) təşkil edir. Ümumilikdə, bu günə olan göstəricilərə əsasən, Bank öz fəaliyyəti dövründə biznes subyektlərinin kreditləşməsinə müxtəlif valyutalarda 300 mln. manatdan artıq vəsait ayrılıb. Kiçik biznes kreditləri ilə yanaşı, ?Bank of Baku? potensial müştərilərə 30 000 ? 300 000 ABŞ dolları məbləğində ortahəcmli biznes kreditləri, korporativ müştərilərinə isə daha böyük məbləğlərdə və daha sərfəli şərtlərlə irihəcmli biznes kreditlərini də təklif edir. Bu istiqamətdə bank Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Sahibkarlığa Kömək Milli Fondu, Alman-Azərbaycan Fondu ilə sıx əməkdaşlıq edir. Qeyd edək ki, hal-hazırda, Azərbaycan üzrə Bank of Baku-nun 16 filialı fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:48 03.05.2025

Hərbçimiz vəfat edib

18:13 02.05.2025

Ərdoğan KKTC-yə gedir