Fərəc Quliyev Türkmənçay müqaviləsinin ləğvini tələb etdi

img

02-02-2011 [12:49]


Millət vəkili Fərəc Quliyev parlamentin yaz sessiyasında ?Türkmənçay? müqaviləsinin ləğvini təklif edib. MIA-nın məlumatına görə, millət vəkili parlamentdə bir neçə təklif irəli sürüb. ?Müharibə veteranları və Şəhid ailələri Dövlət komitəsi?nin yaradılması haqda məsələnin müzakirəsini irəli sürən deputat qeyjd edib ki, müharibə veteranları və şəhid ailələri ilə bağlı ən müxtəlif təşkilatlar mövcud olmasına baxmayaraq, bir mərkəzdə formalaşdırılan belə bir komitəyə məncə ehtiyac var: ?Qarabağ məsələsi həmişə MM-in müzakirələrində olmasına baxmayaraq, məncə daimi çalışan ?Qarabağ komisiyası?nın yaradılması vacibdir. Digər tərəfdən urbanizasiyanın qarşısını almaq üçün, əyalətlərin boşalmasını önləmək, əyalətlərə qayıdışı təmin etmək üçün, demoqrafik tarazlıq haqda məsələnin müzakirəsi zəruridir. Xüsusilə sərhəd rayonlarında əhaliyə imtiyazlar, güzəştli kreditlər,yerli istehsala stimul vermək, iş yerləri açmaq məqsədilə meyvə tərəvəz konserv zavodlarının, soyuducu anbarların tikilməsini, enerji daşıyıcılarını maya dəyərindən baha olmayan qiymətə bu rayonlarda istehlakçıya satmaq və ümumiyyətlə DÖVLƏT-BAZAR-MÜLKİ CƏMİYYƏT münasibəti sistemində mülki cəmiyyətə güzəştləri nəzərdə tutan qanunun qəbulu vacibdir. Bu qanunda yerli istehsalı mümkün olan malların xaricdən gətirilməsi və valyutanın bu məhsullar müqabilində kənara çıxmasını məhdudlaşdıran müddəalar müəyyənləşdirilməlidir?. F. Quliyev Azərbaycanın müstəqillik qazandığı vaxtdan etibarən ölkədə prezident kimi fəaliyyət göstərən dövlət başçılarına eks-prezident statusunun müəyyənləşdirilməsi haqda məsələnin müzakirəsini də yaz sessiyasına daxil edilməsini təklifini də səsləndirib. Milli Dirçəliş Hərəkatının lideri Millşi Məclisdə Türkmənçay slh müqaviləsinin ləğvini də irəli sürüb: ?Azərbaycanın dostları olduğu kimi ətrafında dost olmayan ölkələr də vardır. Son dövrlərdə İran artıq açıq şəkildə Azərbaycana qarşı bacardığı qədər təxribatçı davranışlar nümayiş etdirir. Vəziyyət o yerə gəlib ki, hətta Azərbaycanın bir çox ərazilərini öz əraziləri kimi təqdim etməkdən belə çəkinmirlər. Biz millətin taleyinə məsul olan bir qanunverici orqan olaraq üzərimizə düşəni etməliyik. Qarşıdan 10 fevral gəlir. 182 il əvvəl 1828-ci ildə bağlanmış və hazırda heç bir hüquqi gücü olmayan ?Türkmənçay? müqaviləsinin müddəalarının bir qismi əsasında mövcud olan İran Azərbaycan üçün ədalətli status-kvonu tanımaq məcburiyyəti qarşısında qalmalıdır. Artıq bu müqaviləni bağlayan iki tərəfdən biri - Rusiya imperiyası mövcud deyil. Rusiyada Sovet hakimiyyəti qurulandan sonra 1921-ci ildə İranla sovet hökuməti arasında bağlanmış müqaviləyə görə İranla çar Rusiyası arasında imzalanmış müqavilələrə xitam verildi. Lenin hökuməti ilə Qacarlar hakimiyyəti arasında bağlanmış müqavilədə qeyd edilir ki, indiyə qədər bağlanmış müqavilələr qüvvədən düşdüyünü elan edir. İndiki Rusiya isə Azərbaycanla ikitərəfli müqavilə bağlayıb. Üstəlik Beynəlxalq Müqavilələrlə bağlı dövlətlərin varisliyi haqqında 1978-ci il Vyana Konvansiyası beynəlxalq-hüquqi leksikona yeni termin ?yeni müstəqil dövlət? termini daxil etmişdir ki, ?yeni müstəqil dövlət? dedikdə isə ?ərazisi dövlətlərin varisliyi anından bilavasitə əvvəl asılı ərazi olmuş, beynəlxalq münasibətlərinə görə əvvəlki dövlətin məsuliyyət daşıdığı varis dövlət? başa düşülür. Yeni müstəqil dövlətlərə ?tabula rasa? yəni ?təmiz lövhə? prinsipi şamil olunur. Həmin prinsipə görə yeni müstəqil dövlət əvvəlki dövlətin iştirakçısı olduğu beynəlxalq müqavilələrdən azaddır, daha doğrusu onun üzərində bu müqavilələri qüvvədə saxlamaq vəzifəsi yoxdur. Həm İran həm də Rusiya ən azından Rusiya İmperiyası işğalına verilmiş və indi İrəvan xanlığı ərazisi, Zəngəzur istisna olmaqla bu ərazilərdə qurulmuş Azərbaycan respublikasını BMT-dəki bütün dövlətlərlə birgə şəksiz rəsmən tanıyır. Təkcə bu fakt Türkmənçay müqaviləsinin artıq heç bir əhəmiyyətə malik olmadığını və hüquqi qüvvəsini itirdiyini göstərir. Bu həqiqəti İran tərəfi də qəbul edir. İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Seyid Hüseyn Nəqəvi Hüseyni 01 dekabr 2010 tarixindəki açıqlamasında İranın Xəzər dənizindəki hüququndan danışarkən İranla Rusiya arasında imzalanmış ?Türkmənçay? müqaviləsinin başa çatdığını bildirib. Ona görə də biz yaz sessiyasında yaxşı olar ki Azərbaycanın bölünmüş xalq olduğunu, ?Türkmənçay? müqaviləsinin qüvvədən düşdüyünü rəsmən bəyan edək. Hazırda heç bir hüquqi gücə malik olmayan bu müqavilənin hələ də riayət edilən müddəalarının yaratdığı hüquqi zərərli nəticələrini aradan qaldırmaq üçün xüsusi komissiya yaradaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA