Azərbaycan müxalifətindən Misir inqilabçılarına dəstək

img

01-02-2011 [05:04]


ADP İdarə Heyəti Misir Ərəb Respublikasında baş verən kütləvi xalq etirazları ilə əlaqədar bəyanat qəbul edib. MİA-ya daxil olan bəyanatda deyilir: ADP Misirdə baş verməkdə olan kütləvi etirazları bu ölkədə uzun müddət davam edən xalq əleyhinə rejimdən, bu rejimin xalqa tətbiq etdiyi soyğunçuluq siyasətindən, H.Mübarəkin rəhbərliyi altında hakimiyyətin respublikaçılıq ənənələrindən imtina etməsi, diktator idarəetməsinə əsaslanan idarə üsulu formalaşdırılmasından xalqın boğaza yığılması nəticəsində meydana çıxmış demokratiya və hüquqlar uğrunda hərəkat kimi qiymətləndirir. ADP bu ölkədə baş verənlərin qanlı məcrada davam etməsinə və çox saylı dinc insanın gülləboran edilməsinə, o cümlədən bir azərbaycanlı gəncin həlak olmasına görə dərin təəssüfünü bildirir və hesab edir ki, H.Mübarək beynəlxalq məhkəməyə verilməli və Beynəlxalq Birlik Misirdə baş verənlərə adekvat olaraq təcili addımlar atmalıdırlar. ADP hesab edir ki, bu günlərdə Misirdə, ondan əvvəl isə Tunisdə baş verənlər öz xalqı ilə hesablaşmayan, vətəndaşlarına qarşı düşmən kimi rəftar edən bütün diktatura və avtoritar rejimlərə nümunə olmalıdır və eyni zamanda diktatorların əsarətində olan xalqlar da başa düşməlidirlər ki, hadisələrin bu cür qanlı sonluğa gəlib çatmaması üçün demokratiya və azadlıqlar uğrunda daim mübarizə aparmalıdırlar. ADP Avropa İttifaqının, ABŞ-ın və digər qərb dövlətlərinin Misirdə baş verən hadisələrdə radikal islamçı qüvvələri bəhanə gətirərək diktatoru müdafiə etməsini dünyanın demokratik ictimaiyyəti üçün anlaşılmaz olduğunu və onların bu hadisələrdə tutduqları mövqenin tamamilə səhv olduğunu bildirir. ADP Misirdə xalqın apardığı mübarizənin bu ölkədə demokratiya və hüquqi dövlətin bərqərar olmasına gətirib çıxaracağına inanır və Misir xalqı ilə mənəvi baxımdan həmrəy olduğunu bildirir. ADP hazırkı hadisələrin fonunda Bakıda Misir diktatoru H.Mübarəkin heykəlinin mövcud olmasının bizim ölkəyə baş ucalığı gətirmədiyini və ən qısa zamanda bu abidənin de montaj edilməsinin vacibliyini diqqətə çatdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA