Aydınlar Partiyası hökumətin qərarına etirazını bildirdi

img

01-02-2011 [03:58]


Fevralın 1-dən Tarif (qiymət) Şurasının qiymət artımı ilə bağlı növbəti qərarı ölkədə sosial gərginliyin artmasına, təbəqələşmənin sürətlənməsinə xidmət edəcək. MİA-nın xəbərinə görə, bu xəbərlər Aydınlar Partiyasının bəyanatında yer alıb. Bəyanatda qeyd olunur ki, ölkədə işsizlik və yoxsulluğun səviyyəsinin artdığı məqamda poçt xidmətləri, su və dəmiryol nəqliyyatının bahalaşması ailə orta və aztəminatlı ailə büdcələrinin talan olunmasına gətirib çıxaracaq. Hökumətin son illər kommunal ödənişləri artırmaq yoluyla büdcəni doldurmaq cəhdləri Azərbaycanda əlavə sosial münaqişələr ocağı yaradır. Bu gün Azərbaycanın kasıb və yoxsul təbəqəsi gəlirlərinin önəmli hissəsini kommunnal ödənişlərin və nəqliyyat xərclərinin örtülməsinə yönəltməyə məhkumdur. Kommunal ödənişlər qida xərclərini belə üstələməkdədir. Bu isə ölkədə sosial sarsıntıları qaçlılmaz edir. Aydınlar Partiyası heç bir iqtisadi əsaslandırma irəli sürmədən, hansısa qeyri-leqal qrupların maraqlarına xidmət edən qiymət artımlarını qətiyyətlə pisləyir və bunu açıq-aşkar sosial ədalət prinsiplərinin tapdalanması kimi dəyərləndirir. Aydınlar Partiyası hakimiyyətdən Tarif (qiymət) Şurasının sadə vətəndaşların ailə büdcələrinin talan olunmasına gətirib cıxaracaq qərarlarının ləğv edilməsini tələb edir. Əks halda baş verə biləcək sosial münaqişlərə görə məsuliyyəti yalnız hökumət daşımalı olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA