Tanınmız müğənni Rüfət Mehdiyev vəfat edib

img

01-02-2011 [12:42]


Tanınmış müğənni Rüfət Mehdiyev bu gecə saat 03. 00 radələrində qəflətən dünyasını dəyişib. Mərhumun yaxınlarının dediyinə görə, müğənni beyinə qansızmadan vəfat edib. Xatırladaq ki, Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). 1989-cu ildən musiqi ilə məşğuldur. 1992-ci ildən isə müğənnilik edir. "Space" Televiziyasında hazırlanmış ?Qış Nağılı? (2004) və ?Baharın Nağılı? (2008) film-verilişlərində çəkilib(Milli.az). Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA