Qarabağ Fondunun təzkilatçılığı ilə Abol Bahadorinın ?Bölünmüz rənglər? adlı sərgisi keçirilib

img

31-01-2011 [05:44]


Qarabağ Fondu Pepco şirkətinin sponsorluğu ilə Vaşinqtonun nüfuzlu sərgi salonu sayılan Edison Qalereya Salonunda ABŞ-ın tanınmış rəssamı - əslən Azərbaycanlı olan Abol Bahadorinın ?Bölünmüş rənglər? adlı sərgisini təşkil edib. Abol Bahadori Təbriz şəhərində doğulub və evində olan rəngli xalçalardan ilham alıb. Onun atası Azərbaycanın Qarabağ bölgəsindən üçüncü nəsil köçkün olub və Azərbaycan Türkmənçay müqaviləsinin nəticəsində İran və Rusiya arasında iki yerə bölündükdən sonra öz ailəsi ilə birgə İrana köçüb. Abol Bahadori incəsənət üzrə öz ana şəhəri Təbrizdə oxuyub və daha sonra təhsilini İngiltərənin Mançester şəhərində davam etdirib. O sonralar mücərrəd incəsənəti Jon Blee, Beverley Ryan, və Adam Lister ilə öyrənmişdir. O Filadelfiya İncəsənət Muzeyi, Del Rey Peşəkarları, İskəndər İncəsənət Liqası və Payız Kilsə İncəsənəti muzeylərinin üzvüdür və Şimali Virginiya-da öz qaleriyalarını aktiv nümayiş etdirib. Bu Vaşinqton, şəhərində Abolun ilk fərdi sərgisidir. Sərginin açılışında çıxış edən rəssam Abol Bahadori bildirdi ki, Azərbaycan landşaftının parlaq rəngləri ona təbii olaraq gəlib. Azərbaycanın bölünməsi həmişə mənim şüurumdadır və çalışıram ki, bütün bunları parlaq rənglər ilə ifadə edəm. Mən boyanı daha parlaq etməyi bacarsaydım, onu da edərdim. Sərgidə Vaşinqton şəhərinin mədəniyyət təşkilatlarının, ABŞ-da yaşayan azərbaycan icmasının nümayəndələri iştirak edib öz təssüratlarını paylaşdılar. Daha sonra tədbir tanınmış rəssamın şərəfinə verilən ziyafət ilə davam etdi. Qeyd olunmalıdır ki, bu sərgidəki əsərlərin satışından əldə olunmuş gəlirin 40 faizi Qarabağ Fonduna ianə edildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA