Milli Məclisdə ?Aqrar siyasətin dövlət tənzimlənməsi haqqında? qanun layihəsi hazırlanacaq

img

29-01-2011 [01:53]


Milli Məclisdə ?Aqrar siyasətin dövlət tənzimlənməsi haqqında? qanun layihəsi hazırlanacaq. Bu barədə parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib. E.İbrahimov bildirib ki, komitə tərəfindən bu sənədin hazırlanması üzərində iş gedir. Onun sözlərinə görə, bu sahədə beynəlxalq təcrübə var və bəzi dövlətlərdə belə bir qanun qəbul olunub. ?Hesab edirəm ki, ölkəmizdə bu qanunun qəbul olunması aqrar sahənin inkişafında vacib rol oynayacaq?- deyə komitə sədri vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA