Sabahdan II Respublika Muğam Müsabiqəsi bazlayır

img

28-01-2011 [06:27]


Təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, bu ilki II Respublika Muğam Müsabiqəsi Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Konservatoriyası və Muğam Birliyinin təşəbbüsü ilə təşkil olunub. Nazir müavini deyib ki, 18-35 yaşlı ifaçıların iştirak edə biləcəyi müsabiqəyə yanvarın 29-dan start veriləcək və yarışma fevralın 20-dək davam edəcək. Seçim turunun iki mərhələdə keçiriləcəyini qeyd edən nazir müavini Münsiflər Heyətinin tərkibinə ustad sənətkarların daxil olduğunu bildirib. E.Qasımov xarici ölkələrdən iştirakçıların və II Respublika Muğam Müsabiqəsi qaliblərinin bu ilin mart ayında keçiriləcək II Beynəlxalq Muğam Festivalına qatılacağını nəzərə çatdırıb. Qeyd edək ki, yanvarın 28-də II Respublika Muğam Müsabiqəsinin başlanması ilə bağlı Təhsil Nazirliyində tədbir keçirlib. Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi müsabiqənin keçirilməsinin əsas məqsədi, eləcə də Beynəlxalq Muğam Festivalı barədə məlumat verib. Respublika festivalı bitdikdən sonra Beynəlxalq muğam festivalı başlayacaq. Festivalın əsas təşəbbüskarı və təşkilatçısı Heydər Əliyev fondu, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Milli Konservatoriyadır. Festivalın keçiriləcəyi yer Azərbaycanda Alman Mədəniyyət Mərkəzi olan Kirxa olacaq. Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi qeyd edib ki, onun rəhbərlik etdiyi münsiflər heyətinə Arif Babayev, Əlibaba Məmmədov, Ağaxan Ağayev, Mənsum İbrahimov və Səkinə İsmayılova kimi görkəmli sənətkarlar daxildir. II Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsində ?Qran-pri?nin sahibinə 25 min avro mükafat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA