iqbal Ağazadədən ADP-yə təbrik

img

27-01-2011 [05:11]


Ümid Partiyasının sədri İqbal Ağazadə ADP-ni yubley münasibətilə təbrik edib. Təbrikdə deyilir: ?Hörmətli Sərdar bəy və Demokrat Partiyasının üzvləri! Sizləri Partiyanızın 20 illik yubleyi münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə çansağlığı və siyasi fəaliyyətinizdə uğurlar arzulayıram. Demokrat Partiyası Azərbaycanın müstəqillik əldə etdiyi ilk dönəmlərdən başlayaraq, formalaşıb. Özünün elan etdiyi ideya və prinsiplərinə sadiq qalaraq ölkəmizdə hüquqi, demokratik dövlət, azad və ədalətli cəmiyyət quruculuğu istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu yolda bir çox mərhumiyyətlərə, təzyiq və təqiblərlə məruz qalan, həbsxanalara düşən ADP-çilər cətin sınaqlardan həmişə üzüağ çıxıblar. Ölkəmizdə media və söz azadlığının müdafiəsi, demokratik seçkilərin keçirilməsi istiqamətində göstərilən xidmətlərdə də ADP-çilərin danılmaz rolu olmuşdur. Xüsusilə, partiyanızın müxalifətin birləşməsində, siyasi insititutların inteqrasiyasında tutduğu səmimi və ümumilli maraqlara uyğun olan mövqeyi hər zaman tərəfimizdən alqışlanmışdır. Mövqelərimizin yaxınlığı bizi 2010 ?cu ildə Qarabağ seçki blokunda birləşdirdi. İnanıram ki, bu səmimi və qarşılıqlı əməkdaşlıq Qarabağ siyasi blokunda bundan sonra uzun illər davam edəcək. Biz arzu etdiyimiz azad, firəvan və ərazisi bütöv Azərbaycanımızı birlikdə quracağıq. O Azərbaycanı ki, vətəndaşı olmaqdan hər kəs qürur düyacaq. Hörmətli Sərdar bəy və Demokrat Partiyasının üzvləri! Sizləri Partiyanızın 20 illik yubleyi münasibətilə bir daha təbrik edir, hər birinizə Uca Tanrıdan çansağlığı və uğurlar diləyirəm. Arzu edirəm bundan sonra da dövlətimizin dünyada nüfuzlu və güclü olması və ölkəmizdə demokratiyanın formalaşması istiqamətində fəaliyyətinizi yorulmadan, usanmadan davam etdirəsiniz.?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA