Müsavatda istefa dalğası yenidən yüksəldi

img

14-01-2011 [03:11]


Müsavat Partiyasında növbəti istefa dalğası başlayıb. Onlarla şəxs partiyanın Sumqayıt şəhər təşkilatından istefa vermək qərarına gəlib. Müsavatın Sumqayıt şəhər təşkilatının Siyasi Şurasının üzvü, istefa verənlərdən biri Kəramət Salayev Trend-ə bildirib ki, partiyanın siyasi kursu ilə razı olmadıqlarına görə belə addım atıblar. Salayev deyib ki, istefa verənlər Müsavatın AXCP ilə birləşmə məsələsində tutduğu mövqeyə etirazlarını bildiriblər: ?Partiyadan istefa verməyimizin ilk səbəbi partiyanın AXCP ilə birləşmə siyasətindən imtina etməsidir. Birləşmə əleyhinə atılan addımlar Müsavatın 2013-cü ildə keçiriləcək prezident seçkilərindəki siyasi rəqabətdə iştirak etmək istəməməsindən xəbər verir". O, qeyd edib ki, istefanın digər səbəbi partiya daxilindəki ideoloji toqquşmadır: ?Hazırda partiya daxilində ideoloji cəhətdən toqquşma var. Partiya daxilində mühafizəkarların fikirlərinə önəm verilməsi, onların nizamnaməyə uyğun olmayan addımlar atmasına şərait yaradılması və alternativ fikirə ögey münasibət bizim Müsavat Partiyasındakı siyasi fəaliyyət imkanlarımızı məhdudlaşdırır?. Onun sözlərinə görə, istefa verənlər gün ərzində bəyanat yayacaqlar. Qeyd edək ki, iyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy yolunda olan siyasi partiyalarının birləşməsini təklif edib. Bu təklifə ilk reaksiya AXCP-dən gəlib. AXCP-nin sentyabrın 25-də keçirilən qurultayı zamanı Müsavat partiyasına birləşmək haqqında qərar qəbul olunub. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bu istefalar barədə məlumatının olmadığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA