ümid Partiyası Bəxtiyar Hacıyevin müdafiəsinə qalxdı

img

26-01-2011 [08:01]


Ümid Partiyası deputatlığa keçmiş namizəd, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyevin barəsində Hərbi çağırışdan qəsdən boyun qaçırma ilə bağlı cinayət işi açılması barədə bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, Bəxtiyar Hacıyev hal-hazırda Gürcüstan Respublikası İlya Universitetinin tələbəsidir. 2006-2010-cu illərdə xaricdə təhsil aldığı üçün təqdim etdiyi sənədlərlə əsasən ona hərbi çağırışdan möhlət hüququ tananmışdır. Bu il isə müxtəlif bəhanələr gətirilərək adıçəkilən gəncə həm hərbi xidmətdən möhlət hüququ verilmir, həm də o, ölkəni tərk etməmə qadağası ilə də üzləşib: ?Ümid Partiyası olaraq dəfələrlə müxtəlif instansiyalar qarşısında Bəxtiyar Hacıyevin pozulmuş təhsil, azadlıq hüquqlarının təmini məsələsini qaldırdıq. Lakin heç bir instansiyadan müsbət cavab ala bilmədik. Bu gün də Bəxtiyar Hacıyev siyasi təzyiqlərlə üzləşməyə davam edir. Ümid Partiyası olaraq ölkənin aktiv gənclərindən biri olan Bəxtiyar Hacıyevin haqqında açılmış qeyri-hüququ cinayət işini pisləyir, hüquq-mühafizə orqanlarından işə ədalətli yanaşma və gəncin hüquqlarının bərpasını tələb edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA