Ramiz Mehdiyev: "Bu gün rus dili həm də dünya mədəniyyətinə pəncərə kimi öz əhəmiyyətini saxlamaqda davam edir"

img

24-01-2011 [04:38]


Azərbaycanda rus dilinin öyrənilməsinə, ölkəmizin təhsil məkanında rus dilində təlimin qorunub saxlanmasına çox böyük əhəmiyyət verilir. Bu sözləri Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib. Bu gün Azərbaycanda rus dilinin həm də dünya mədəniyyətinə pəncərə kimi öz əhəmiyyətini saxlamaqda davam etdiyini vurğulayan Ramiz Mehdiyev bildirib ki, Bakı Slavyan Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı bu gün rus dilində təhsil sahəsində tanınmış liderlərdir. Bütövlükdə bizim bütün universitetlərin Rusiya ali məktəbləri ilə əməkdaşlığı ilbəil genişlənir və bu, heç şübhəsiz, ölkələrimizin humanitar əməkdaşlığının genişlənməsinə sanballı töhfədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA