Parlamentarilərimiz Qarabağ məsələsini AŞPA-da qaldıracaq

img

22-01-2011 [02:56]


Yanvarın 24-dən 28-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini yenidən gündəliyə gətirəcək, ölkəmizin qəti mövqeyini açıqlayacaq, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası məsələsini qaldıracaq. İclasda əsas müzakirə mövzularından biri də müasir tələblərə cavab vermək, prosesləri düzgün qiymətləndirmək baxımından Avropa Şurasında islahatlar aparılması məsələsi olacaq. Avropa Şurasında islahatlarla bağlı təşkilatda xüsusi komitə də yaradılıb və sessiyada komitənin ?Avropa Şurasının islahatları? adlı məruzəsi təqdim ediləcək. Sessiyanın keçirildiyi günlərdə Strasburqda Azərbaycanın Avropa Şurasına daxil olmasının 10-cu ildönümü ilə bağlı yubiley tədbirlərinin keçirilməsi də nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA