Milli Məclisin deputatları Əbu-Dabiyə gedirlər

img

14-01-2011 [04:44]


İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Şurasının 13-cü sesiyası və 2-ci fövqəladə konfransı 2011-ci il 16-19 yanvar tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək. Sesiyada və konfransda Azərbaycan Parlamentini Siyasi və İqtisadi məsələlər üzrə İKT Daimi Komissiyasının üzvü Sabir Rüstəmxanlı və İKT İcraiyyə Komitəsinin üzvü Gövhər Baxşəliyeva təmsil edəcəklər. Sesiyanın və Konfransın gündəliyinə İslam dünyasında mövcud olan problemlərin müzakirəsi daxil edilib. Siyasi Komitədə isə Azərbaycan ərazisi olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi məsələsinə münasibət bildirilməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA