Nemət Pənahlının evində axtarız aparıldı

img

18-01-2011 [10:59]


Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının evində axtarış aparılıb. Bu barədə MİA-ya N.Pənahlının qardaşıoğlu Pənah Pənahlı məlumat verib. Onun sözlərinə görə, bu gün saat 19.00-dan 21.00-a qədər 11 nəfər mülki geyimli şəxslər partiya sədrtinin evinə gələrək axtarış aparıblar: ?Axtarış zamanı evdə nəqər video, audio metreallar varsa, özləri ilə apardılar. Əslində bu gün aparılan axtarış onu göstərdi ki, Nemət Pənahlıya qarşı irəli sürülənlər ittihamlar qondarmadır. Əgər söhbət xuliqanlıqdan gedirsə, evdə nə axtarırlar. Deməli, hakimiyyət Nemət Pənahlıya qarşı qondarma bir kampaniya düzəldiblər?. Nemət Pənahlı və onun dostu Ceyhun Fərzəliyev Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (xuliqanlıq, silahdan və silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) ittiham olunur. Həbsə səbəb isə yanvarın 7-də Eldar Rzayev adlı şəxsin polisə müraciəti olub. O bildirib ki, Mirəli Qaşqay küçəsində tanışı Nemət Pənahlı və Ceyhun Fərzəliyev onu döyüb. Qeyd edək ki, Nəsimi rayon məhkəməsi yanvarın 10-da onun haqqında 2 aylıq həbs qərarı çıxarıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA