BAXCP yeni təkliflə çıxız edib

img

17-01-2011 [02:06]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası, ictimai siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, toplantı Azərbaycan Respublikası prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclası müzakirə edilib. İdarə Heyəti Nazirlər Kabinetinin iclasında qərara alınan bəzi məsələlərə münasibət bildirib. BAXCP hesab edir ki, 2011-ci ildə ölkədə 5 iri beşulduzlu otelin açılması böyük önəm daşısa da siyasi sistemin möhkəmləndirilməsi üçün siyasi islahatlar aparılmalıdır. İdarə Heyəti 2011-ci ilin turizm ili elan olunmasına baxmayaraq siyasi islahatlar ili kimi də yadda qalacağına ümid edir. BAXCP İdarə Heyəti eyni zamanda "Turizm ili" ilə bağlı yeni təkliflə çıxış edib. Partiya "Turizm ili" çərçivəsində Bakı şəhərində həyata keçirilməsi nəzərdə tutulan bir neçə iri layihəni təxirə salmaqla Azərbaycanda yeni "Şahdağ" turist şəhərinin əsasının qoyulmasının ölkənin milli maraqları baxımından məqsədəuyğun hesab edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA