?Şəhidlər ölməz! Vətən bölünməz!? adlı tədbir keçirilib

img

18-01-2011 [05:38]


Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik zalında ?Şəhidlər ölməz! Vətən bölünməz!? adlı tədbir keçirilib. Teatrın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Dünya Azərbaycanlıları Konqresinin və ?Bura Vətəndir? məclisinin birgə layihəsi əsasında baş tutan tədbir Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsinə həsr olunub. Dövlət Himninin səsləndirilməsindən sonra 20 yanvar hadisələrini əks etdirən qısametrajlı film nümayiş etdirilib. Daha sonra teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova və Dünya Azərbaycanlıları Konqresinin fəxri prezidenti, İngiltərənin Edinburq Universitetinin professoru, filosof, şair Qulam Rza Səbri Təbrizi, Dünya Azərbaycanlıları Konqresinin Həmsədri Paşa Qəlbinur çıxış edərək tariximizə qanla yazılmış 20 yanvar günündə canlarından keçmiş vətən övladlarının qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını diqqətə çatdırıblar. Tədbirdə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Rəsmi hissədən sonra teatrın böyük səhnəsində yazıçı-dramaturq Tamara Vəliyevanın ?Mənim ağ göyərçinim? tamaşası göstərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA