Tanınmız italiyalı müğənni Bakıya gələcək

img

18-01-2011 [04:16]


Tanınmış italiyalı müğənni Robertino Loretti Bakıya gələcək. R. Loreçço Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. İnformasiya dəstəyi ANS TV-yə məxsus olan konsert fevralın 13-də baş tutacaq. Qeyd edək ki, ANS TV tamaşaçılarına konserti izləmək üçün bir neçə bilet hədiyyə edəcək. Konsert haqqında ətraflı məlumatlar telekanalda yayımlanacaq. Məşhur müğənninin Bakıya gəlişi ilə bağlı bütün eksklüziv məlumatlar, həmçinin onun müsahibəsi ANS-də olacaq. Xatırladaq ki, Robertino Loretti 1947-ci ildə Romada anadan olub. Debüt albomu 1961-ci ildə işıq üzü görüb. Uşaq ikən bir neçə filmdə epizodik rollara çəkilmiş ifaçı, 8 yaşında Roma Opera Teatrında oxuyub. Onun ifasında ?Ave Maria?, ?Santa Luçia?, ?Jamayka? mahnıları çox məşhurdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA