ADP hakimiyyətin sosial-iqtisadi siyasətini yarıtmaz elan etdi

img

17-01-2011 [04:56]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai siyasi proseslər və partiya daxili məsələlər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri ilk növbədə Nazirlər kabinetinin ölkə başçısının rəhbərliyi ilə ötən ilin yekunlarına dair keçirdiyi müşavirəyə münasibət bildirib. Partiya yetkililəri müşavirənin keçmişdə olduğu kimi formal xarakter daşıdığını, ölkədə yaşanan sosial iqtisadi gerçəklikləri düzgün əks etdirmədiyini, tərif notları üzərində qurulan bu cür müşavirələrdə səslənən fikirlərlə xalqın iqtisadi güzəranı arasında dərin ziddiyyət olduğunu bildirib və sovet dönəminə əsaslanan bu cür sığortalayıcı qapalı müşavirələr keçirməkdənsə hökumətin Parlament qarşısında və müzakirələr tələb edən hesabatla çıxış etməsinin daha məqsədə uyğun olduğunu diqqətə çatdırıb. İdarə heyəti üzvləri hakimiyyəti xalqı sosial fəlakət həddinə gətirən yarıtmaz sosial iqtisadi siyasətə son qoymağa, korrupsiya, rüşvətxorluq və monopoliyanın yaratdığı iqtisadi böhranı aradan qaldırmağa, neftdən gələn gəlirləri əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına təminat verən istehsal sahələrinə yönəltməklə ciddi islahatlar aparmağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA