MMP qurultaya hazırlıq konfranslarına strat verdi

img

18-01-2011 [03:08]


Bu gün Müasir Müsavat Partiyasının partiyanın mərkəzi qərargahında rayon təşkilatlarının qurultayla bağlı ilk hazırlıq toplantısı keçirilib. Toplantıda yalnız Yasamal və Sabunçu rayon təşkilatının idarə heyəti, özək təşkilat sədrləri və fəal təşkilat üzvləri iştirak ediblər. Toplantının gündəliyində duran məsələlər; Qurultaya hazırlığın səviyyəsi, partiyadaxili vəziyyət, son günlər ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr müzakirə edilib. Qeyd edək ki, müzakirələr zamanı partiyanın siyasi mövqeyinin dəyişdirilməsi məsələsi çox böyük polemikaya səbəb olub. Təşkilat üzvləri partiyanın idarə heyətinin qarşısında sərt tələblərlə çıxış ediblər. İdarə heyəti bütün məsələlərin qurultayda öz həllini tapacağı vədii ilə partiya üzvlərini sakitləşdirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA