DUi hakimiyyətin iranla bağlı təbir görməsini istəyir

img

17-01-2011 [02:40]


Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. MİA-nın xəbərinə görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib. DUI Sədrlər Şurası 20 yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar 2010-cu il 20 yanvar saat 12.00-da Şəhidlər Xiyabanının ziyarət edilməsini qərara alıb. DUI Sədrlər Şurası son dövrlər İran adlanan dövlətin rəsmilərinin Azərbaycan dövləti əleyhinə bəyanatlar verməsinə, hədə xarakterli açıqlamalarla çıxış edilməsinə etirazını bildirib, qonşu dövlətin hakim rejimini Azərbaycanın daxili işlərinə qarışmamağa, Azərbaycan iqtidarını isə müvafiq tədbirlər görməyə çağırıb. DUI Sədrlər Şurası quruma üzvlük barədə edilən müraciətlər və Məclisin təşkili ilə bağlı müzakirələri davam etdirib. DUI Sədrlər Şurası Bakı şəhərində yenidənqurma işləri ilə əlaqədar evləri sökülən ölkə vətəndaşlarının hüquqlarının tapdanmasını pisləyib, həmin vətəndaşlara dövlət tərəfindən müvafiq kompensasiyaların verilməsində özbaşınalıq və maxinasiya hallarına yol verilməsinə etiraz bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA