Əbülfəs Qarayev turizm sahəsindəki inkizafdan danızıb

img

17-01-2011 [01:07]


Ötən il Azərbaycanda turizm sənayesinin inkişafı üçün xüsusilə əlamətdar olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Ötən illər ərzində turizm sahəsinin inkişafı ilə əlaqədar qəbul olunmuş dövlət proqramı tam şəkildə yerinə yetirilib. Nazir deyib ki, Prezident İlham Əliyevin ?Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı?nın təsdiq edilməsi ilə bağlı imzaladığı Sərəncam bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcıdır. Bu Sərəncam ölkədə turizm sektorunun dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsinə güclü təkan verəcəkdir. Azərbaycan dövlətinin başçısının IX Beynəlxalq Turizm Sərgisi və I Ümumrespublika Daxili Turizm Sərgisində iştirakı, sahənin inkişafı ilə dərindən maraqlanması, dəyərli tövsiyələri bu sahədə mövcud olan bütün qüvvələri səfərbərliyə almış, ölkənin iqtisadi qüdrətinin artmasında müstəsna imkanlara malik olan turizmin tərəqqisi yolunda geniş üfüqlər açıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA