Prezident Eldar Quliyevə "Şərəf" ordeni verdi

img

15-01-2011 [02:00]


;rbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə kinorejissor Eldar Tofiq oğlu Quliyevin ?Şərəf? ordeni ilə təltif edilməsi barədə sərəncan imzalayıb. Elfar Quliyev 7 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960-1967-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir neçə bədii və sənədli filmin müəllifidir. Həmçinin bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülüb. Respublika Dövlət mükafatı laureatı, Azərbaycanın xalq artistidir. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professorudur. Bəstəkar Tofiq Quliyevin oğlu, ssenarist Nərminə Quliyevanın atasıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA