Yevda Abramovdan ?Freedom House? təzkilatına sərt cavab

img

14-01-2011 [01:56]


??Freedom House? təşkilatının hesabatı reallığı əks etdirmir. Ümumiyyətlə, ?Freedom House? Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatıdır?. Bu sözləri YAP-ın rəsmi saytına saytına açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov ?Freedom House?nin son hesabatına münasibət bildirərkən deyib. Y.Abramov qeyd edib ki, bu təşkilat Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmir. Belə ki, ?Freedom House? ölkəmizdə ayrı-ayrı ?hüquq müdafiəçiləri? və müxalifət partiyaları ilə əlaqə saxlayırlar. Onların verdiyi məlumat əsasında da belə nəticəyə gəlirlər. Komitə sədrinin müavini hesab edir ki, təşkilat hər il Azərbaycanla bağlı eyni şablon fikirləri bildirir. ?Onların mövqeyi Azərbaycanda gedən obyektiv proseslərə adekvat deyil. Belə qurumlar öz maraqlarını güdür və havadarlarının verdiyi təlimatlara əsasən belə nəticələr çıxarırlar. Bu təşkilatın nümayəndələri bir dəfə də olsun parlamentin İnsan hüquqları komitəsinə gəlib, onları maraqlandıran məsələlərlə bağlı suallar verməyiblər?-deyə Y.Abramov qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA