Eldar ibrahimovun ATƏT-dən tələbi var

img

08-01-2011 [02:06]


?Xüsusi nümayəndə kimi səlahiyyətləri başa çatan Qoran Lenmarkerin kiminlə əvəzlənməsi məsələsi birbaşa ATƏT Parlament Assambleyası sədrinin səlahiyyətinə aid olan bir məsələdir. İstərdik ki, Dağlıq Qarabağ münaqişəsi üzrə yeni xüsusi nümayəndə ədalətli, obyektiv olsun?. Bu fikirləri Milli Məclisin komitə sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti rəhbərinin müavini Eldar İbrahimov deyib. E.İbrahimov bildirib ki, yeni nümayəndə həqiqəti ortaya qoymalı və ATƏT PA Ermənistanın işğalçı bir dövlət kimi tanınması barədə qərar qəbul etməlidir. O, yeni xüsusi nümayəndənin qurumun qış sessiyasında təyin olunacağını istisna etməyib. ?Təşkilatın elə bir tədbiri yoxdur ki, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı məsələ qaldırmayaq. Biz torpaqlarımızı nəyin bahasına olursa-olsun azad etməliyik. 2011-ci ildə də çalışacağıq ki, bu məsələ sülh yolu ilə müsbət həll olunsun. Əgər sülh yolu ilə həll olunmasa, biz daha nə qədər gözləməliyik? Artıq hamımızın səbri tükənib. Ona görə bu durumda müharibə variantı istisna deyil, hətta, qaçılmazdır. Biz geci-tezi torpaqlarımızı geri qaytarmalıyıq, buna beynəlxalq hüquq normaları da tam imkan verir?- deyə o, vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA