isa Qəmbər vəziyyətdən çıxız yolu axtarır

img

05-01-2011 [03:28]


Bu gün Müsavat Partiyası rəhbərliyinin toplantısı keçirilib. Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ?Media forum? saytına açıqlamasında deyib ki, başqan İsa Qəmbərin yanında müavinlərin iştirakı ilə keçirilən iclasda Qabil Hüseynli və Adil Qeybullanın Müsavat Partiyasından istefa vermələri müzakirə olunub: ?İstefalarla bağlı fikir mübadiləsi aparıldı. Müsavat rəhbərliyində təmsil olunan şəxslərin təşkilatdan getməsinə təəssüf edirik. Zaman-zaman Müsavat Partiyasında müəyyən yeniləşmə prosesi gedib. Adətən bu proses qurultay zamanı baş verirdi. Ancaq bu dəfə bəzi şəxslər bir qədər tələsib qurultaydan əvvəl istefa verdilər. Lakin bu istefalar Müsavat Partiyasının mövqeyinə, cəmiyyətdəki nüfuzuna təsir etməyəcək?. Arif Hacılının sözlərinə görə, İsa Qəmbərin istefa verən Qabil Hüseynlinin yerinə yeni müavin təyin edəcəyi istisna deyil: ?Müavin təyin etmək səlahiyyəti Müsavat başqanına məxsusdur. Müsavat Partiyasında başqan müavini vəzifəsini tutmağa layiq kifayət qədər təcrübəli və tanınmış şəxslər var?. Partiya başqanının müavini Qabil Hüseynli və Divan üzvü Adil Qeybulla yanvarın 4-də birgə bəyanat yayaraq Müsavatdan istefa verdiklərini açıqlayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA