Yeni muğam müsabiqəsi bazlayır

img

07-01-2011 [05:07]


Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Heydər Əliyev Fondunun dəstəyi ilə yeni muğam televiziya müsabiqəsi başlayacaq. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq Artisti Mənsum İbrahimov AzərTAc-a bildirib ki, yanvarın 5-də müsabiqənin seçim turu başa çatıb, yarışmada iştirak edəcək iyirmilik müəyyənləşdirilib. Seçimlər əvvəl bölgələrdə, sonra Sumqayıt və Bakıda aparılıb. Üçüncü dəfə keçiriləcək müsabiqənin münsiflər heyətinin tərkibi olduğu kimi qalıb. Bura xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov, habelə Nadir Axundov daxildir. M. İbrahimov vurğulayıb ki, bundan əvvəlkində olduğu kimi, növbəti müsabiqədə də seçim SMS-lə deyil, yalnız münsiflər heyətinin qərarı ilə tam şəffaflıqla aparılacaq. Xalq Artisti deyib ki, Beynəlxalq Muğam Mərkəzində keçiriləcək müsabiqə fevralın 1-dən etibarən AzTV ilə canlı yayımlanacaq. Muğam televiziya müsabiqəsi ilk dəfə 2005-ci ildə keçirilib. İkinci dəfə 2007-ci ildə təşkil edilən müsabiqənin qalibləri Elməddin İbrahimov və Güllü Muradova olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA