Tahir Abbaslı: ?islam Partiyasının sədri dindarları təxribata çəkmək istəyir?

img

05-01-2011 [12:24]


Azərbaycan İslam Partiyası tərəfindən hakimiyyətə, ölkə başçısına, prezidentin ailəsinə qarşı yönələn təhqir dolu ittihamlar dindarlar tərəfindən də birmənalı qarşılanmaıyıb. AİP sədri Mövsüm Səmədovun son iki gün ərzində bəzi saytlarda və Fasebook-da yayımlanan bu çıxışına münasibət bildirən Azərbaycan İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslı MİA-ya deyib ki, islamçı demokratlar İslam Partiyası adından səsləndirilən bu fikirlərin əleyhinədir və bu ittiham dolu bəyanat onların narahatlığına səbəb olub. Ölkə rəhbərliyinin yezidlə və büdpərəstlərlə müqayisə olunan bəyanatın dindarları təhlükə qarşısında qoyduğunu deyən AİDP sədrinin fikrincə bu ittihamlar qəbul olunmazdır: ?İslamçı demokrat olaraq biz, ölkəmizdə məscidlərə qarşı sərgilənən mənfi münasibətlə, həmçinin hicaba qoyulan yersiz qadağalarla bağlı münasibətimizi açıqlamışıq və bu münsibətlərdən narahat olduğumuzu bəyan etmişik. Bu mənada hesab edirik ki, digər dini qüvvələrin bu məsələlərə münasibət bildirmək haqqı var. Amma bu münasibət sivil çərçivədə baş verməlidir. Tənqid əndazəni aşıb təhqirə çevrilməməlidir. Xüsusilə dindarlar bu məsələdə bir qədər həssas olmalıdırlar?. AİDP sədrinin fikrincə, xüsusilə Məhərrəmlik ayında kimlərinsə belə davranış sərgiləməsi yol verilməzdir: ?Kimsəyə haqq verilməyib ki, İmam Hüseyn mübarizəsini vasitəyə çevirib müqayisələr aparsın və təhqirə yol versin?. Qarabağ məsələsi ilə bağlı həssas dönəmdə belə bir davranışa yol verilməsini bəzi xarici qüvvələrin niyyəti olduğunu ehtimal edən T.Abbaslının fikrincə, bu niyyətin arxasında həmçinin dindarları təhlükəyə atmaq, onları təhrik etmək kimi mənfi ideyalar durur: ?Hesab edirəm ki, ölkəmizdəki islamçıları qızışdırmaq niyyəti güdən bu bəyanat onların bəzi olaylara cəlb olunaraq təhlükə ilə üzləşməsinə, təxribatlara cəlb olunmasına, nəticə etibarilə gözdən salınmasına gətirib çıxara bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA