Spiker Oqtay Əsədov ad gününü qeyd edir

img

03-01-2011 [03:59]


Bu gün Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun 56 yaşı tamam olur. 2010-cu il noyabrın 29-dan Azərbaycan Respublikası Milli Məclisinin Sədridir. O.Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirib. Beynəlxalq Su Assosiasiyasının üzvüdür. 1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləyib. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin ?Azərsantexquraşdırma? Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olub. 1996?2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004?2005-ci illərdə ?Azərsu? Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. İkinci (2000-ci il), üçüncü (2005-ci il) Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu il noyabrın 7-də 8 saylı Binəqədi birinci seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2005-cı ildən parlamentin Sədri vəzifəsində çalışır. MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Dövlətlərin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir. Evlidir, 2 övladı var. Rus və ingilis dillərini bilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA