MMP-də ilin yekunu ilə bağlı toplantı keçirilib

img

28-12-2010 [03:49]


Bu gün Müasir Müsavat Partiyasının mərkləzi qərargahında partiyanın bir ildə gördüyü işlərlə əlaqədar yekun toplantısı keçirilib. Toplantının gündəliyinə partiyanın 2011-ci ildə keçirəcəyi qurultaya hazırlıq, qurultayda gündəlikdə duran məsələlər, parlament seçkilərinin nəticələri ilə bağlı yekun rəy, Azərbaycanda ictimai-siyasi vəziyyət, partiyanın 2010-cu ildə gördüyü işlərin yekunu, 2011-ci ildə qarşıya qoyduğu məqsəd və məramlar daxil edilib. Toplantıda çıxış edən İdarə Heyətinin üzvləri partiyanın 2010-cu ildə gördüyü işləri kafi qiymətləndirərək parlament seçkisindəki məğlubiyyəti isə uğursuz bir hal kimi dəyərləndiriblər. Sonra 2011-ci ildə partiyanın fəaliyyət planı müzakirə olunaraq layihə qəbul edilib. Daha sonra mart ayına planlaşdırılan qurultaya hazırlıqlar müzakirə edilib. Toplantının sonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə xalqa müraciət etmək haqqında qərar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA