MQP bazqanı: "DUi-ni sıradan çıxarmaq arzusundadırlar"

img

24-12-2010 [12:04]


Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan AXCP, Müsavat, KXCP, AXP və AMİP rəhbərlərinin görüşündə müxalifət adına qərarlar qəbul edilməsinə münasibət bildirib. MQP başqanı deyib ki, bu format bütün müxalifət qüvvələrinin mövqeyini ifadə etmək səlahiyyətində deyil. V.Bəyturan Demokratiya Uğrunda İttifaqın tək bir üzvünün bu görüşə qatıldığını, MQP, Azadlıq, Böyük Azərbaycan partiyalarının kənarda saxlanmasını, ADP, Liberal, VİP kimi müxalifət qurumlarının da tədbirə dəvət edilməməsini müxalifətin birliyinə deyil, növbəti dəfə parçalanmasına xidmət etdiyini bildirib. V.Bəyturan bəzi partiyaların bütün müxalifət birliklərini dağıtmaq xətti tutduğunu qeyd edərək, indi də yeganə ortada olan müxalif ittifaqı - DUİ-ni sıradan çıxarmaq arzusunda olduğunu deyib: ?Biz, DUİ üzvləri olan partiyalar imkan verməyəcəyik ki, birlik şousu yaradılması üçün DUİ parçalansın. KXCP-nin də bu oyunun mahiyyətini anlayıb, DUİ-nin parçalanmasına şərait yaratmayacağına ümid edirik?. Partiya rəhbəri ənənəvi müxalifəti ənənəvi səhvlərə son qoymağa çağırıb və belə davam edərsə, 28 dekabr tarixli Forumu boykot edəcəklərini söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA